[b]Prosineçkiyə serbiyalı rəqib[/b]
07.11.2017 - 16:21
Bosniya və Herseqovina yığmasının baş məşqçisi olmağa daha bir namizədin adı açıqlanıb. Apasport.az saytı xəbər verir ki, söhbət Slavolyub Muslindən gedir.
64 yaşlı serbiyalı çalışdırıcı hazırda işsizdi. Məşqçilik karyerası ərzində “Bordo”, “Srvena Zvezda”, Moskva “Lokomotiv”i, “Krasnodar”, “Amkar” və “Standard” klublarını çalışdırmış Muslinin son iş yeri Serbiya yığması olub. O, adıçəkilən millidən bu il ayrılıb.
Qeyd edək ki, Azərbaycan millisi ilə müqaviləsinin müddəti gələn ay başa çatacaq Robert Prosineçkinin də adı Bosniya və Herseqovina yığması ilə birgə hallanır.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0