[b]PSJ-dən qızıl dubl[/b]
31.05.2015 - 00:59
Fransa kubokunun final qarşılaşması baş tutub. Apasport.az saytının məlumatına görə, finalda aşağı divizion komandası “Oser” və PSJ qarşılaşıb.
Gərgin keçən matçdan gözlənildiyi kimi parislilər qalib ayrılıblar.
Kavaninin 64-cü dəqiqədə vurduğu qol oyunda yeganə olub.
Beləliklə, Fransa birinciliynin çempionu olmuş PSJ ölkə kubokunu da ardıcıl ikinci dəfə qazanaraq, bu mövsüm “qızıl dubl”a imza atıb.
Fransa kuboku, final
“Oser” – PSJ – 0:1
Qol: Kavani, 64
0
0