[b]PSJ-nin daha bir futbolçusu zədələndi[/b]
01.03.2018 - 09:28
[b]PSJ-nin daha bir futbolçusu zədələndi[/b]

PSJ-nin daha bir futbolçusu sıradan çıxıb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Neymar və Markinyoşun ardınca Kilian Mbappe də zədələnib.

 

İstedadlı hücumçu Fransa kubokunun 1/4 final mərhələsində “Marsel”lə oyunda (3:0) xəsarət alıb. Bu səbəbdən baş məşqçi Unai Emeri onu fasilədə əvəzləmək məcburiyyətində qalıb.

 

Oyundan sonra keçirilən mətbuat konfransında Emeri Mbappenin dabanından zərbə aldığını bildirib. Onun zədəsinin ciddi olub-olmadığı, Çempionlar Liqasının 1/8 final mərhələsində “Real”la cavab görüşündə oynayıb-oynamayacağı hələ bilinmir.