[b]PSJ-nin finaldakı rəqibi müəyyənləşdi[/b]
01.02.2018 - 09:36
Fransa Liqa Kubuokunda finalçıların adlarına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, ölkənin ən güclü klubları PSJ və “Monako” həlledici matçda üz-üzə gələcəklər.
PSJ yarımfinalda “Renn” üzərində çətin səfər qələbəsinə sevinib. “Monako” isə öz meydanında “Monpelye”ni 2 cavabsız qolla üstələyib.
Final qarşılaşması martın 31-də Bordo şəhərində keçiriləcək.
Fransa Liqa Kuboku
Yarımfinal mərhələsi
“Monako” – “Monpelye” – 2:0
Qollar: Falkao, 15, 29
“Renn” – PSJ – 2:3
Qollar: Sako, 85; Prciç, 90+2 – Munier, 24; Markinyoş, 54; De Çelso, 58
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0