[b]PSJ daha bir böyük transfer arzusunda[/b]
03.08.2017 - 12:53
[b]PSJ daha bir böyük transfer arzusunda[/b]

222 milyon avro müqabilində “Barselona”dan Neymarı heyətinə qatan PSJ bununla kifayətlənmək istəmir. Apasport.az saytının Fransa mətbuatına istinadən məlumatına görə, Paris təmsilçisi daha bir böyük transfer həyata keçirmək niyyətindədi.

 

Belə ki, rəhbərlik “Monako”nun hücumçusu Kilian Mbappeyə də “elçi düşüb”. Klubun qətərli sahibi Nasser əl-Xelaifi bu keçid üçün qarşı tərəfə 180 milyon avro ödəməyə hazırdı.

 

Fransızlar “Real” və “Barselona”nın da maraq dairəsində olan 18 yaşlı futbolçunu Neymar kimi, şirkət vasitəsilə almaq fikrindədilər. Klub bununla maliyyə feyr-pleyinin pozulmayacağını düşünür.

 

“Monako”dan ayrılmaq istədiyini bildirən Mbappe PSJ ilə razılaşarsa, parislilər iki transfer üçün 402 milyon avro xərc çəkmiş olacaqlar.