[b]PSJ ilə oyunöncəsi “Real”a 3 şad xəbər[/b]
01.03.2018 - 20:43
[b]PSJ ilə oyunöncəsi “Real”a 3 şad xəbər[/b]

“Real”ın müdafiəçisi Marselonun zədəsi sağalıb. Apasport.az saytının məlumatına görə, braziliyalı oyunçu artıq ümumi qrupla məşqlərə başlayıb.

 

O, “Xetafe” ilə La Liqa matçında bir neçə dəqiqə oynaya da bilər. Belə olan halda isə onun Çempionlar Liqasının 1/8 final matçının cavab oyununda PSJ ilə qarşılaşmada meydana çıxmasında heç bir problem olmayacaq.

 

Qeyd edək ki, sözügedən oyunda Toni Kroos və Luka Modriç də oynamağa hazır olacaq.