Bu gün Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsi çərçivəsində cavab qarşılaşmalarına start verilib. Apasport.az saytının məlumatına görə, qeydə alınan nəticələrdən sonra ilk iki 1/4 finalçının adına aydınlıq gəlib.
Təbii ki, bütün diqqətlər Parisdəki matça yönəlib. Erkən final hesab edilən PSJ – “Real” mübarizəsində kimin yoluna davam edəcəyinə aydınlıq gəlib. İspaniyada rəqibinə 2 top fərqi ilə qalib gələn ÇL-in son qalibi Fransada da qələbə qazanıb.
Günün digər oyununda "Liverpul" "Porto"nu qəbul edib. Səfərdə rəqib qapısından 5 cavabsız top keçirən “mersisaydlılar” formal xarakter daşıyan cavab görüşündə qolsuz bərabərliyə razılaşıblar.
Beləliklə, Çempionlar Liqasında 1/4 finala adlayan ilk komandalar "Real" və "Liverpul" olub.
Çempionlar Liqası
1/8 final (cavab oyunları)
6 mart
PSJ (Fransa) – “Real” (İspaniya) - 1:2
Qollar: Kavani, 71 - Ronaldo, 52; Kasemiro, 80
Qırmızı vərəqə: Verratti, 66
Baş hakim: Feliks Brix (Almaniya)
Paris, "Park De Prens" stadionu
İlk oyun – 1:3
PSJ: Areola, Dani Alveş, Tiaqo Silva, Markinyoş, Berçiçe, Tiaqo Motta, Rabio, Verratti, Di Mariya, Mbappe, Kavani
Ehtiyat oyunçular: Trapp, Lassana Diarra, Draksler, Kimpembe, Lo Çelso, Munier, Pastore
Baş məşqçi: Unai Emeri
"Real": Navas, Karvahal, Serxio Ramos, Varan, Marseolo, Kasemiro, Kovaçiç, Vaskes, Asensio, Ronaldo, Benzema
Ehtiyat oyunçular: Kasilya, Naço, İsko, Beyl, Teo Ernandes, Kroos, Modriç
Baş məşqçi: Zinəddin Zidan
“Liverpul” (İngiltərə) – “Porto” (Portuqaliya) - 0:0
Baş hakim: Feliks Zvayer (Almaniya)
Liverpul, "Enfild Roud" stadionu
İlk oyun – 5:0
"Liverpul": Karius, Moreno, Lovren, Matip, Qomes, Milner, Henderson, Əmrə Can, Lallana, Mane, Firmino
Ehtiyat oyunçular: Minyole, Aleksandr-Arnold, İnqs, Klavan, Oksleyd-Çamberleyn, Salah, Van Diyk
Baş məşqçi: Yurgen Klopp
"Porto": Kasilyas, Pereyra, Felipe, Reyes, Dalot, Kosta, Oliver Torres, Andre, Korona, Majid, Abubakar
Ehtiyat oyunçular: Xose Sa, Brahimi, Luis Mata, Otavio, Patsientsia, Rikardo Pereyra, Serjio Oliveyra
Baş məşqçi: Serjio Konseysao
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq