[b]Qara Qarayev “Malaqa”da[/b]
04.02.2015 - 16:20
[b]Qara Qarayev “Malaqa”da[/b]

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının futbolçusu Qara Qarayev karyerasını ölkə xaricində davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, “Əlincə” klubunun üzvü İspaniyanın “Malaqa” klubuna yollanıb.

 

Belə ki, Qarayev AFFA tərəfindən Pireney təmsilçisinin düşərgəsinə baxışa göndərilib. Onun özünü yaxşı tərəfdən göstərəcəyi halda, İspaniyada qalması mümkündü.

 

Mənbə: affa.az