Sabah Topaz Premyer Liqasının XX turunun oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, iki gün ərzində keçiriləcək qarşılaşmalar Qəbələdə başlayacaq.
Şəhərin eyni adlı komandası “Qəbələ” AZAL-ı qəbul edəcək. III dövrəyə qələbə ilə start verən “qızrmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk ilk dəfə doğma azarkeşləri önündə debüt edəcək. İlk dövrədə səfədən 3 xalla qayıdan “təyyarəçilər”in işi bu dəfə heç də asan olmayacaq. Yaxşı transferləri ilə gözəl oyun sərgiləyən əyalət klubunun rəqibinə xal verəcəyi inandırıcı görünmür.
Bu qarşılaşmanın ardınca “Neftçi” “Bakcell Arena”da “Simurq”u sınağa çəkəcək. Turun mərkəzi oyununda ilk “dördlük”də qərarlaşan komandalar arasındakı dueldə qonaqlar qalib gələrsə, paytaxt klubu ilə turnir cədvəlində yerini dəyişib, 3-cü pilləyə yüksələcək. Bakıdakı son 3 görüşdə uduzmayan Arif Əsədovun yetirmələrinin bu matçda 3 xalı aktivinə yazması isə çətin olacaq.
Azərbaycan çempionu “Qarabağ” isə 2015-ci ildə ilk rəsmi matçına çıxacaq. Ağdam təmsilçisi autsayder “Bakı” ilə üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq qarşılaşmada Qurban Qurbanovun komandasının favorit olmasına şübhə belə yoxdu. “Qarabağ” ardıcıl 4 oyundur “zolaqlılar”a məğlub olmur. “Bakı” isə son 5 səfər matçında da qalib gələ bilməyib. Bundan başqa, ağdamlılar son 5 ildə öz meydanındakı 10 qarşılaşmanı qol vurmadan tərk etməyib.
Tura Lənkəranda yekun vurulacaq. Həftənin son görüşündə “Xəzər Lənkəran” “İnter”i qonaq edəcək. Heyətində gənc oyunçularla mübarizə aparan Cənub təmsilçisi son 9 matçda yalnız 1 dəfə “bankirlər”dən güclü olub. Bu komandalar arasında keçirilən son görüşdə isə “İnter” evdə rəqibini məğlub edib. III dövrüyə sürpriz heç-heçə (0:0) ilə başlayan Kaxaber Sxadadzenin yetirmələri Lənkərandan qələbə ilə qayıtmaq istəyir. “Ağ-yaşıllar” isə ilk xalına doğma publika önündə sevinmək niyyətindədi.
Qeyd edək ki, bu tur “Sumqayıt” istirahət edəcək.
Topaz Premyer Liqası
XX tur
06 fevral (cümə)
14:00. “Qəbələ” – AZAL
İlk 2 dövrədəki oyunlar: 1:2, 3:3
Qəbələ şəhər stadionu
16:00. “Neftçi” – “Simurq”
İlk 2 dövrədəki oyunlar: 2:1, 0:1
“Bakcell Arena”
07 fevral (şənbə)
16:00. “Qarabağ” – “Bakı”
İlk 2 dövrədəki oyunlar: 2:2, 4:2
Tofiq Bəhramov adına Respublika stadionu
17:00. “Xəzər Lənkəran” – “İnter”
İlk 2 dövrədəki oyunlar: 1:0, 1:3
“Xəzər Lənkəran” mərkəzi stadionu
|
1. |
Qarabağ |
16 |
10 |
4 |
2 |
29:17 |
34 |
|
2. |
İnter |
17 |
7 |
9 |
1 |
26:7 |
30 |
|
3. |
Neftçi |
16 |
7 |
5 |
4 |
20:14 |
26 |
|
4. |
Simurq |
17 |
7 |
3 |
7 |
27:22 |
24 |
|
5. |
Qəbələ |
17 |
5 |
7 |
5 |
21:24 |
22 |
|
6. |
Xəzər Lənkəran |
17 |
5 |
5 |
7 |
22:22 |
20 |
|
7. |
AZAL |
16 |
5 |
5 |
6 |
20:26 |
20 |
|
8. |
Sumqayıt |
17 |
4 |
4 |
9 |
19:27 |
16 |
|
9. |
Bakı |
17 |
2 |
4 |
11 |
13:38 |
10 |
Bombardirlər: Nurlan Novruzov ("Bakı") - 9 qol, Mikel Alvaro (“İnter”) - 8 qol