[b]Qış transferlərinə xərclənən pullar[/b]
04.02.2015 - 18:15
[b]Qış transferlərinə xərclənən pullar[/b]

Qış transfer dönəmində oyunçu keçidinə ən çox pul xərcləyən liqa bəlli olub. Apasport.az saytının məlumatına görə, bu baxımdan İngiltərə Premyer Liqası ən hərəkətli çempionat olub.

 

Premyer Liqa klubları transferlərə ümumilikdə 157 milyon avro pul xərcləyiblər ki, bu da əlçatmaz rəqəm olub. Təsadüfi deyil ki, sıralamada ikinci olan İtaliya A seriyasının komandaları lider ölkədən 67 milyon avro az xərc çəkiblər. İlk “üçlüy”ü isə qəribə də olsa, Çin liqası qapayır.

 

Almaniya Bundesliqası ilə yanaşı, II Bundesliqa da transfer məbləğinə görə, ilk “onluğ”a girməyi bacarıb. Transferlərə 12 milyon avro xərcləyərək 11-ci olan Türkiyə Superliqası Almaniyanın ikinci liqasından cəmi 4 milyon avro az xərc çəkib.

 

İlk “onluq” belədi:

1. İngiltərə Premyer Liqası - 157 milyon avro

2. İtaliya A seriyası - 90 milyon avro

3. Çin Superliqası - 83 milyon avro

4. Meksika Liqa MX-i - 65 milyon avro
5. Almaniya Bundesliqası - 62,5 milyon avro

6. İspaniya La Liqası - 58 milyon avro

7. Fransa Liqa 1-i - 32 milyon avro

8. Braziliya A seriyası - 27 milyon avro

9. Argentina Premyer Liqası - 12,9 milyon avro

10. Almaniya II Bundesliqası - 12,4 milyon avro