[b]"Qarabağ" 328 dəqiqəlik seriyanı qırdı[/b]
27.08.2015 - 21:27
[b]"Qarabağ"  328 dəqiqəlik seriyanı qırdı[/b]

“Qarabağ” avrokuboklardakı ev oyunlarında yaşadığı qol həsrətinə son qoyub. Apasport.az saytının məlumatına görə, 2014-cü il noyabrın 6-da Avropa Liqasının qrup mərhələsinin “Dnepr”lə (Ukrayna) qarşılaşmada (1:2) qol sevinci yaşayan Ağdam təmsilçisi sonrakı ev oyunlarında 0:0 hesabı ilə kifayətlənmişdi.

 

Ötən mövsüm qrupda İtaliya “İnter”i, bu il Çempionlar Liqasında Monteneqro “Rudar”ı və Şotlandiya “Seltik”inin qapısına yol tapa bilməyən komandamız 294 gündən sonra azarkeşlərini sevindirib.

 

“Dnepr”lə matçın 36-cı dəqiqəsində Leroy Corcun qolundan sonra “Qarabağ” evdə 328 dəqiqə qolsuz qalmışdı. Bu seriyanı Avropa Liqasının pley-off mərhələsinin “Yanq Boyz”la (İsveçrə) görüşünün 4-cü dəqiqəsində Riçard Almeyda qırıb.