[b]Qrivs, Ronaldo, Messi, Qasımov...[/b]
16.02.2015 - 10:22
[b]Qrivs, Ronaldo, Messi, Qasımov...[/b]

“Böyük beşlik” çempionatlarında ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, İspaniya, İngiltərə, İtaliya, Almaniya və Fransanın yüksək liqalarında vurulan qolların sayında rekord Cimmi Qrivsə məxsusdu.

 

İngiltərəlinin hesabında 366 top var. Almaniyalı Herd Müller 365, ingiltərəli Stiv Blumer 317 dəfə fərqlənib.

 

16 ən məhsuldar oyunçu arasında karyerasını davam etdirən 2 futbolçu var. Portuqaliyalı Kriştianu Ronaldo 289 qolla 6-cıdısa, argentinalı Lionel Messi 268 topla 10-cu yerə şərikdi.

 

Qeyd edək ki, Azərbaycan futbolunun yetirmələrindən yalnız biri “Böyük beşlik” çempionatlarında qol sevinci yaşayıb. 1995/96 mövsümündə “Albasete”də çıxış edən Vəli Qasımov La Liqada 4 qol vurub.