[b]Qurban Qurbanov: Əsl futbol abu-havası gördük[/b]
19.02.2015 - 21:31
[b]Qurban Qurbanov: Əsl futbol abu-havası gördük[/b]

“Futbolçularımı təbrik etmək istəyirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Təcrübəli mütəxsəssis Topaz Premyer Liqasının XXIII turu çərçivəsində “Bakcell Arena”da “Neftçi”yə 0:1 hesabı ilə qalib gəlmələrinə şərh verib: “Çox diqqətli oynadılar. 90 dəqiqə öz oyun tərzimizi itirmədik. "Neftçi”yə qarşı bu arenada oynamaq çox xoşdu. Əsl futbol abu-havası gördük. Fanatlar çox möhtəşəm idi. Onları təbrik edirəm". (pfl)