Avropa Liqasının qrup mərhələsinin II turunun “Anderlext”lə (Belçika) ev oyunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün yubileylə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, 43 yaşlı mütəxəssis çalışdırıcı kimi avrokuboklarda 50-ci matçına çıxacaq.
Qitə miqyaslı turnirlərdə baş məşqçi kimi ilk qarşılaşması 2007-ci ilə təsadüf edən Qurbanov “Neftçi”nin “sükanı arxasında” olduğu vaxt Avstriyada “Rid”lə görüşdə debüt edib. Həmin vaxt UEFA kubokunun ilk matçından 1:3 hesablı yenilgi ilə qayıdan bakılılar evdə qalib gəlsələr də (2:1), mərhələ adlamağı bacarmamışdı.
“Neftçi”ni 2 avrokubok oyununa çıxaran çalışdırıcı 2009-cu ildə “Qarabağ”ıa qitə miqyaslı yarışlarda debüt edib. Bu komandanı Çempionlar Liqası və Avropa Liqasında üst-üstə 47 qarşılaşmaya çıxaran Qurbanovun hesabında “Anderlext”lə matç öncəsi 49 görüş var.
Bu matçlarda onun yetirmələri 23 qələbə qazanıb, 14 heç-heçə edib və 12 dəfə məğlubiyyət acısı yaşayıb. Komandasının 57 qoluna sevinən baş məşqçi 44 dəfə rəqiblərin fərqlənməsinə şahid olub.
Qeyd edək ki, Qurbanovun baş məşqçi postunda avrokuboklarda keçirdiyi 49 oyundan 8-i Çempionlar Liqası, 41-i Avropa Liqasına təsadüf edib.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı