[b]Qurban Qurbanov "Xəzər Lənkəran"ı təriflədi[/b]
26.10.2014 - 20:30
[b]Qurban Qurbanov "Xəzər Lənkəran"ı təriflədi[/b]

“Ən ağır oyunlardan birini keçirdik. Çox vacib qələbə qazandıq”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova məxsusdur.

 

Ağdam klubu bu gün Topaz Premyer Liqasının IX turunda Tofiq Bəhramov adına Respublika stadionunda “Xəzər Lənkəran” 3:2 hesabı ilə məğlub edib, liderliyə yüksəlib.

 

Gənc çalışdırıcı oyundan sonra qazanılan qələbəyə şərh verib: “Xəzər Lənkəran” yaxşı, bəlkə də çempionatda ən baxımlı oyun göstərən komandadır. Biz diqqətli olmalıyıq. Oyuna nəzarəti bir anlıq əldən vermişdik. Lakin futbolçularımız sona kimi döyüşdülər. Qələbə qazandığımız üçün şadam. Növbəti turda “İnter”ə qarşı çətin oyunumuz var. Həmin qarşılaşmaya ciddi hazırlaşmalıyıq”.(pfl)

 

0