Azərbaycan millisinin məşqçiləri Kosovo yığmasının oyunlarını izləyəcək. Apasport.az saytının xəbərinə görə, bu məlumatı millimizin baş məşqçisi Qurban Qurbanov verib.
Bu gün keçirilən AFFA-nın Konfransı və İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərin suallarını cavablandıran 46 yaşlı mütəxəssis bildirib ki, köməkçilərindən birini UEFA Millətlər Liqasındakı rəqibin yoxlama matçlarına göndərəcək.
Balkan təmsilçisi martın 24-də Madaqaskar, üç gün sonra Burkina-Faso ilə üz-üzə gələcək. Hər iki görüş Fransanın Frankonvil şəhərindəki Jan Rolan stadionunda baş tutacaq.
Qurbanov millimizin mart ayındakı hazırlıq prosesinə dəvət olunacaq futbolçuların siyahısını açıqlayacağı tarixi də qeyd edib. O vurğulayıb ki, millinin heyəti fasilə öncəsi keçiriləcək son oyunlardan, yəni martın 14-dən sonra açıqlanacaq.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq