UEFA Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində baş tutacaq “Qarabağ” - “Tottenham” qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı məlum olub. Apasport.az saytının məlumatına görə, ağdamlıların baş məşqçisi Qurban Qurbanov və bir futbolçusu saat 17:30-da Suraxanı qəsəbə stadionunun mətbuat zalında media mənsublarının suallarını cavablandıracaq.
“Tottenhem”in baş məşqçisi Maurisio Poçettino isə saat 21:30-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında media mənsublarının suallarını cavablandıracaq.
“Qarabağ”ın açıq məşqi saat 18:00-da klubun Suraxanıdakı bazasında olacaq. Məşq media mənsubları üçün 15 dəqiqə açıq olacaq.