“Rəşad Sadıqovun karyerasını bitirib-bitriməməsi niyə bu qədər müzakirə olunur? Əgər futbolçunun gücü varsa, bunu bacarırsa, ən yaxşılardandısa, niyə oynamasın?”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
AFFA-nın bu gün keçirilən Konfransı və İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərin suallarını cavablandıran 46 yaşlı mütəxəssis Ağdam klubunun 36 yaşlı kapitanı Rəşad Sadıqovun karyerasını davam etdirməsinə münasibət bildirib: “Klub olaraq, ona ehtiyacımız varsa, niyə onu komandadan, futboldan uzaqlaşdırmağa çalışmalıyıq? Bizim Rəşaddan da yaşlı oyunçumuz var. Məsələn, Ansi Aqolli. Bu gün hər iki futbolçunu peşəkarlığına, işinə yanaşmasına görə gənclərə nümunə göstərərdim. Belə oyunçuları tez göndərməli deyilik. Özünüz də belə hadisələrə şahid olmusuz. Elə Zanettini götürək, 38 yaşında da ən yaxşılardan idi. Digər tərəfdən, Rəşadın U-21-dəki öz oyunçusuna qarşı oynamasının nə problemi var? Əksinə, həm özü üçün məsuliyyətdi, həm də futbolçusu üçün. Həmin oyunçular özlərini daha yaxşı tərəfdən göstərməyə çalışacaqlar. Yəni futbolda dəyişikliklər olacaq. Amma yaxşını biz həmişə qoruyub, saxlamalıyıq. Onun yaşına, başqa işinə önəm verməli deyilik”.
Qeyd edək ki, Rəşad həm “Qarabağ”ın U-19 komandasının, həm də Azərbaycan U-21 millisinin baş məşqçisidi.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq