“Yeni mövsümün başlaması ilə hamını təbrik edirəm, bütün komandalara uğurlar arzulayıram. Oyun pis alınmadı, ikinci hissənin ortalarında sürət aşağı düşdü”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ınn baş məşqçisi Qurban Qurbanov deyib.
42 yaşlı mütəxəssis Topaz Premyer Liqasının I turunun “Sumqayıt”la səfər oyunu haqda fikirlərini açıqlayıb. Qurbanov 3:0 hesablı qələbədən və yetirmələrindən razı qaldığını bildirib: “ Amma oyunun ümumi tempi yüksək oldu. Çox sıx oyun qrafikimiz var. 3 gündən bir oyunumuz olduğu üçün bəzi futbolçulara istirahət şansı verdim. İkinci hissədə oyuna daxil olan futbolçular pis təsir bağışlamadılar. Maraqlı oyun alındı, “Sumqayıt”a uğurlar arzulayıram. Superkubokun təxirə salınmasını istəyərdim, bu, həm bizim üçün, həm də “Neftçi” üçün daha yaxşı olardı. Gərək hər iki komanda razılıq versin. Futbolçular zədələnə bilər, isti havada daha çox yüklənəcəklər”.