[b]Qurban Qurbanovun mətbuat konfransının vaxtı bəlli oldu[/b]
19.08.2015 - 00:53
Avropa Liqasının pley-off mərhələsində "Yanq-Boys"la qarşılaşacaq “Qarabağ” bu gün 17:00-da Bakını tərk edib. Apasport.az saytının məlumatına görə, Bakı-Bern reysi ilə hərəkət edən komanda 5 saatlıq uçuşdan sonra Bern şəhərinə çatıb.
Ağdamlılar sabah oyunun keçiriləcəyi arenada sonuncu məşqinə çıxacaq. Çalışma yerli vaxtla 19:00-da start götürəcək.
Təmsilçimizin baş məşqçisi Qurban Qurbanov media nümayəndələri önünə saat 18:30-da (Bakı vaxtı ilə 21:30) çıxacaq.
0
0