“Qarabağ”la müqavilə imzalayan Rahid Əmirquliyevin “Xəzər Lənkəran” karyerası başa çatıb. Apasport.az saytının məlumatına görə, 2006-cı ilin yayından 9 il yarım cənubluların formasını geyinən yarımmüdafiəçi bu klubda 320 matç keçirib.
Bu qarşılaşmaların 254-ü Premyer Liqaya təsadüf edib. Rahid ölkə çempionatlarının 23 illik tarixində eyni klubda ən çox oyun keçirən 2-ci futbolçudu. “Qarabağ”da 268 çempionat matçı keçirən Aslan Kərimovdan geri qalan Əmirquliyev onu keçmək imkanını əldən verib. Hərçənd, mövsümün sonunadək “Xəzər Lənkəran”da qalacağı halda, Kərimovun rekordunu keçmək üçün 14 oyun da kifayət edəcəkdi.
Rahidin klubunu dəyişməsindən sonra indi şərəfini qoruduğu komandada ən çox çempionat oyunu keçirən futbolçu ünvanı “Qarabağ”ın üzvlərinə keçib. Əmirquliyevin yeni komanda yoldaşlarından Namiq Yusifov 213, Maksim Medvedev 207 matça çıxıb. Onlar komandalarını dəyişməsə, 2-3 ilə Kərimovun rekorduna yaxınlaşa bilər.
Qeyd edək ki, “Xəzər Lənkəran”da keçirdiyi 254 çempionat oyununda Rahid 23 qola imza atıb. Ümumilikdə isə onun hesabında 311 çempionat matçında 30 qol var. “Qarabağ” 26 yaşlı yarımmüdafiəçinin karyerasında “Şahdağ” və “Xəzər Lənkəran”dan sonra 3-cü komandadı.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”