[b]Rail Məlikov yenidən “Dənizlispor”da[/b]
07.08.2014 - 17:27
[b]Rail Məlikov yenidən “Dənizlispor”da[/b]

Azərbaycan millisinin sabiq futbolçusu Rail Məlikov karyerasını yenidən Türkiyədə davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 29 yaşlı futbolçu I liqa təmsilçisi “Dənizlispor”la müqavilə imzalayıb.

 

Əvvəllər də bu klubun formasını geyən Rail Dənizli təmsilçisi ilə 1 illik anlaşıb. Müdafiəçimiz 2014/15 mövsümünü “Dənizlispor”da keçirəcək.