Azərbaycanlı hakim Ramil Diniyev Topaz Premyer Liqasının cari mövsümündə ikinci “dubl”una imza atıb. Apasport.az saytının məlumatına görə, referi 1 matç ərzində eyni komandanı iki penalti ilə cəzalandırmaqla, yenidən diqqət çəkib.
Bu dəfə Diniyev XXX turun “Bakı” – “Xəzər Lənkəran” görüşündə qonaqların qapısına iki dəfə 11 metrlik cərimə zərbəsi təyin edib. Hər iki zərbəni qola çevirən Əfran İsmayılov penaltilərlə dubl müəllifi olub. Nəticədə matç 2:2 hesabı ilə nəticələnib.
Bu hadisə mövsümün ikinci belə dubludur. Maraqlıdır ki, ilkə də eyni ifaçıların eyni məkanda imza atmışdı. Diniyev “Bakı”nın bazasında meydan sahiblərinin lehinə iki penalti təyin edib, Əfran da qolları sıralayıb. Fərq yalnız qonaq komandada olub. Ötən il noyabrın 1-dəki qarşılaşmada Diniyev-İsmayılov cütü “Simurq”u cəzalandırıb.
Bununla, Əfran cari mövsüm penaltidən vurduğu qolların sayını 5-ə çatdırıb. Yarımmüdafiəçi daha bir 11 metrlik zərbəni “İnter”lə VII turun matçında qola çevirib. Ümumilikdə isə onun hesabında 5-i penaltidən olmaqla 8 qol var.
Qeyd edək ki, mövsümün daha bir oyununda eyni komanda iki penalti ilə cəzalanıb. Lakin Elvin Əsgərovun “Rəvan”ın qapısına təyin etdiyi hər iki zərbəni “Qəbələ”nin futbolçuları boşa verib.