[b]Ramil Şeydayev Azərbaycanla oyundan danışdı[/b]
13.11.2015 - 10:36
[b]Ramil Şeydayev Azərbaycanla oyundan danışdı[/b]

“Azərbaycan yığması ilə oyunda qələbə seriyasını davam etdirməyə çalışacağıq”. Apasport.az saytının məlumatına görə, bunu Rusiyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının hücumçusu Ramil Şeydayev deyib.

 

AVRO-2017-nin seçmə mərhələsində Farer adaları üzərində 2:0 hesablı qələbə qazanan Rusiyanın növbəti görüşü məhz millimizə qarşı olacaq. Qrupda ilk qələbələrini şərh edən Şeydayev noyabrın 17-də yığmamıza qarşı keçiriləcək matça da toxunub.

 

O bildirib ki, hələ də istədikləri formada deyillər: “Farer adaları önündə zəif çıxış etdik. Belə komandanı asanlıqla məğlub etməli idik. Onlara ən azı 4-5 qol vurmaq lazım idi. Xüsusən də, birinci hissədə oyunumuz alınmadı. Yaxşı ki, fasilədən sonra iki qol vura bildik. Düzü, çıxışımız çox da xoşumuza gəlmədi. Baş məşqçi fasilədə dedi ki, sərt hücumlar etmək lazımdı. Rəqib də oyun ərzində müdafiə futbolu oynadı”.

 

Əslən Azərbaycandan olan gənc hücumçu millimizlə oyunda da qələbə seriyasını davam etdirmək istədiklərini söyləyib: “Düzdü, ilk qələbəmizi indi qazanırıq. Lakin hələ də final mərhələsinə çıxmaq şansımız var. Heç bir komanda bunu təmin etməyib. Şansımızın itməməsi üçün qələbələri seriyaya çevirmək lazımdı. Artıq xal itirməyə haqqımız yoxdu. Həm Azərbaycan yığması ilə, həm də digər rəqiblərlə oyunlara qələbə üçün çıxmalıyıq”.

 

Qeyd edək ki, Azərbaycan – Rusiya oyunu noyabrın 17-də “Bayıl Arena”da keçiriləcək.