[b]Ramil Şeydayevi “Zirə”nin futbolçusu əvəzlədi[/b]
07.11.2017 - 11:46
[b]Ramil Şeydayevi “Zirə”nin futbolçusu əvəzlədi[/b]

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Bu barədə apasport.az saytına millinin baş məşqçisi Samir Ələkbərov məlumat verib.

 

Avropa çempionatının seçmə mərhələsində noyabrın 9-da Almaniya, 5 gün sonra isə Kosovonu qəbul edəcək komandamızın heyətindən çıxarılan Ramil Şeydayevi kimin əvəzləyəcəyi bəlli olub. Premyer Liqanın XI turunda “Kəpəz”lə görüşdə zədələnən “Qarabağ”ın hücumçusunun yerinə “Zirə”nin üzvü İlkin Muradov çağırılıb.

 

Qeyd edək ki, Almaniya ilə oyunu buraxacağı dəqiq olan Ramil Şeydayevin Kosovo ilə matçda iştirak etmək ehtimalı var. 

0