[b]Ramin Musayev: AZAL-da lazımsız futbolçular var[/b]
09.08.2014 - 21:10
[b]Ramin Musayev: AZAL-da lazımsız futbolçular var[/b]

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Topaz Premyer Liqasının I turunda keçirilən AZAL- “Xəzər Lənkəran” matçı ilə bağlı fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, 1:1 hesabı ilə yekunlaşan oyunun maraqlı alındığını deyən PFL rəhbəri qonaqların çıxışından razı qaldığını bildirib: “Hәr iki komanda yaxşı mübarizә aparırdı. "Xәzәr Lәnkәran"ın sərgilədiyi oyununda razı qaldım.  AZAL-da isə "artıq" futbolçular var. Bunu PFL prezidenti kimi yox, azarkeş kimi deyirәm. Bәzi futbolçuları lazımsızdı”.


Musayev ilk turda “Simurq”la ev oyunu təxirə salınan “Bakı” klubu haqda da maraqlı açıqlama verib: “Bu komandaya vaxt vermişik. Әgәr avqustun 15-dək sәnәdlәri qaydasına salmasalar, Premyer Liqada onları başqa komanda əvəz edəcək. Bu, I diviziondan Premyer Liqaya gәlmәk istəyәn komanda olacaq”.