"İclasda futbolun inkişafı ilə bağlı olan bütün məsələlərin müzakirəsi oldu. Bu, tövsiyə xarakterli iclas idi". Bu sözləri apasport.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
Klublar Komitəsinin bugünkü iclasında iştirak edən qurum rəhbəri başqa məsələlərə də toxunub.
O, "Bakı" - "Sumqayıt" matçında Orxan Əliyevin əsas heyətdə oynamasına AFFA-nın tapşırıq verdiyi haqda yayılan xəbərlərə münasibət bildirib: “11 ildi futboldayam. Hələ görməmişəm ki, kimsə baş məşqçiyə hansısa futbolçunu oynatması ilə bağlı göstəriş versin. Söhbət peşəkarlıqdan gedir. Əgər belə olsaydı, mən elə öz oğlumu oynadardım da. Futbolçu hazır olmasa, baş məşqçi onu meydana buraxarmı? Yalan söhbətdi. Aqil Məmmədov vaxtı ilə "Neftçi"də futbolçum idi. Özünə hörmət qoyan oyunçu olub. İnsan kimi də, məşqçi kimi də sözünü deyib. Kənardan söz demək ona qarşı hörmətsizlik olar. Ona söz deyilsə, qələmini qoyub gedər. Bu nə Elxan müəllimə, nə də başqasına yox, birbaşa Aqil müəllimə təhqirdi. Öz futbolçumuz olub, indi də məşqçimizdi. Gəlin, özümüzkülərə dayaq olaq”.