Azərbaycan millisinin sabiq futbolçusu Rasim Ramaldanovun karyerasını davam etdirə biləcəyi klub müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 29 yaşlı müdafiəçi “Zirə”yə keçə bilər.
Belə ki, Topaz Premyer Liqasının debütantı mövsümə “Xəzər Lənkəran”da başlayıb, bir müddət əvvəl klubdan ayrılan arxa xətt oyunçusunu heyətində görməkdə maraqlıdı. Rasimin paytaxt təmsilçisinə keçidi baş tutsa, bu klub onun Premyer Liqa karyerasında 3-cü olacaq.
Belə ki, müdafiəçi 2008-13-cü illərdə “Simurq”da, son 2 ildə “Xəzər Lənkəran”da çıxış edib. Yüksək liqada 137 matçda 3 qol vurub. 2012-14-cü illərdə milli komandaya çağırılan müdafiəçinin hesabında 17 matç var.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”