[b]Rauf Əliyev 209 gündən sonra... - FOTO[/b]
09.04.2016 - 13:40
[b]Rauf Əliyev 209 gündən sonra... - FOTO[/b]

Azərbaycan yığmasının hücumçusu Rauf Əliyev yaşıl meydanlara dönüb. Apasport.az saytının məlumatına görə, “İnter”in forvardı əvəzedicilərin heyətində meydana çıxıb.

 

Əliyev dünən əvəzedicilərin çempionatında XXIX tur çərçivəsində AZAL-la ev görüşündə start heyətində yer alıb. Onun 45 dəqiqə meydanda qaldığı qarşılaşma “bankirlər”in 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. “İnter” fasiləyə yenik durumda yollansa da, ikinci 45 dəqiqədə Raufu əvəz edən Mirhüseyn Seyidovun dublu komandanı qələbəyə daşıyıb.

 

Bununla da, Rauf Əliyev 7 aydan, yəni 209 gündən sonra sevimli peşəsinə dönüb. 27 yaşlı oyunçu sonuncu dəfə ötən ilin sentyabr ayının 12-də Topaz Premyer Liqasının IV turu çərçivəsində “Qəbələ” ilə ev oyununda meydana çıxmış və zədələnərək, 76-cı dəqiqədə Mirhüseyin Seyidovla əvəzlənmişdi.

 

Qeyd edək ki, “İnter”in əvəzedici komandası 4:2 hesablı qələbə sayəsində turnir cədvəlinin 7-ci pilləsinə yüksəlib.

0