“Xəzər Lənkəran”ın hücumçusu Rauf Əliyev Topaz Premyer Liqasının I turunda AZAL-a vurduğu qoldan sonra etdiyi jestə aydınlıq gətirib. O, qarşılaşmadan sonra apasport.az saytının əməkdaşı ilə söhbətində bildirib ki, qol sevincini hərbi salamla qeyd etməsi ilə cəbhə bölgəsində şəhid olan əsgərləri yad edib: “Oyuna yaxşı başladıq. Qol da vurduq. Amma hәr şey rəqibin 10 nəfərlə qalmasından sonra başladı. Arxayınlaşdıq və nәticәdә heç-heçә ilə kifayətləndik. Hərbi salamla isə şәhidlərimizi yada saldım. Cəbhə xəttində həlak olan əsgərlərimizlə fəxr edirəm. Ruhları şad olsun”.
Xatırladaq ki, AZAL – “Xəzər Lənkəran” matçında qalib müəyyənləşməyib – 1:1.