[b]Rauf Əliyev: Maaşımız gecikdirilir[/b]
07.05.2014 - 10:09
[b]Rauf Əliyev: Maaşımız gecikdirilir[/b]

“Bütün komanda artıq Qəbələdədir”. Bunu apasport.az saytına açıqlamasında “Bakı”nın kapitanı Rauf Əliyev deyib.

 

25 yaşlı futbolçu komandasının Topaz Premyer Liqasının XXXIV turunda bu gün “Qəbələ” ilə oyuna çıxmayacağı barədə xəbərlərə münasibət bildirib. Əliyev hətta bildirib ki, komandada ciddi problem yoxdur: “Bütün futbolçular burdadı. Oyun başlayanda hətta legionerləri də meydanda görəcəksiniz. Düzdü, maaşlar gecikdirilir və bunu hamı bilir. Amma pulumuzu verəcəklər. Bir neçə dəfə belə olub”.

 

Futbolçu meydana qələbə üçün çıxacaqlarını vurğulayıb: “Bu xəbərlərin yayılması, maaşların gecikdirilməsi bizə heç bir təsir etməyəcək. Avrokuboklara çıxmaq şansımız var və bu səbəbdən “Qəbələ” üzərində qələbə qazanmağa çalışacağıq”.