[b]Rauf Əliyev yanvarı gözləyir: İstədiyim kluba keçə bilərəm[/b]
30.12.2014 - 12:32
[b]Rauf Əliyev yanvarı gözləyir: İstədiyim kluba keçə bilərəm[/b]

“Adımın “Neftçi” ilə birgə hallandığını bilirəm. Belə bir şey olsa da, hələ dəqiq deyil”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının hücumçusu Rauf Əliyev deyib.

 

“Xəzər Lənkəran”la yolları ayrılan 25 yaşlı futbolçu gələcək karyerası ilə bağlı danışıb. Əliyev yeni klubunun adına 2015-ci ilin ilk günlərində aydınlıq gələcəyini bildirib: “Rəsmiləşən bir şey yoxdu. Hələlik danışıqlar gedir. Bu məsələyə yanvarda aydınlıq gələcək. Yəni karyeramı hansı klubda davam etdirəcəyim yeni ildə bəlli olacaq”.

 

Cənub klubundan transfer vərəqəsini götürdüyünü qeyd edən Rauf Türkiyəyə yollanmaq variantını da istisna etməyib: “Transfer vərəqəm özümdədi, azad agent kimi istədiyim kluba keçə bilərəm. Sağ olsun “Xəzər Lənkəran” rəhbərliyi, problem yaratmadı. “Neftçi” ilə müqavilə bağlayacağım hələ dəqiq deyil. Danışıqlar baş tutmasa, Türkiyəyə də yollana bilərəm. Hər şeyə bayramdan sonra aydınlıq gələcək”.

 

Tengiz MƏMMƏDOV