[b]Rauf Əliyevin komandasından səfər darmadağını[/b]
29.11.2017 - 20:22
Albaniya Kubokunda 1/8 final mərhələsinin ilk oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, milli komandamızın hücumçusu Rauf Əliyevin komandası “Kukesi” də növbəti matçını keçirib.
Sözügedən komanda səfərdə “Erzeni” ilə üz-üzə gəlib. Aşağı dəstə təmsilçisi ilə oyun “Kukesi”nin darmadağını ilə yekunlaşıb – 4:1.
Matçda qolları Quri (2), Koldaşi və Pepoşi vurub.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu dekabrın 13-də keçiriləcək.
0
0