[b]Redniklə Dənizlinin fərqi[/b]
30.04.2014 - 16:51
[b]Redniklə Dənizlinin fərqi[/b]

“Xəzər Lənkəran” baş məşqçi postunu tərk etməyə qərar verən Mustafa Dənizlini yenidən Mirça Redniklə əvəzləmək üzrədir. Apasport.az saytı bu iki mütəxəssisin cənub təmsilçisinin “sükanı arxası”nda göstərdiyi nəticələri müqayisə edir.

 

2010-11-ci illərdə “ağ-yaşıllar”a başçılıq edən Rednik komandanı 56 matça çıxarıb. Rumıniyalı ilə müqayisədə cənublulara daha az rəhbərlik edən Dənizlidə isə bu rəqəm 22-yə bərabərdir.

 

Türkiyəlinin yetirmələri mümkün olan xalların 48 faizini toplamağa nail olub. Rednikdə isə bu göstərici 61 faizlə ölçülür.

 

Sonuncunun dövründə “Xəzər Lənkəran” keçirdiyi oyunların yarısında – 28 dəfə qalib gəlib. Dənizlidə isə qələbə faizi 36-dır.

 

Türkiyəli baş məşqçi kimi izlədiyi görüşlərin 27 faizindən başıaşağı ayrılıb. Onu əvəzləyəcəyi gözlənilən Rednik isə yalnız 16 faizlik məğlubiyyətə malikdir.

 

İki məşqçinin arasında ən az fərq məhsuldarlıqdadır. Rumıniyalının dövründə hər oyuna 1,30 qol vuran cənublular türkiyəli ilə 1,27-lik orta məhsuldarlığa malikdir.

 

Amma buraxılan qollarda ciddi fərq göz önündədir. Rednik hər qarşılaşmada 0,80, Dənizli isə 1,32 topun buraxılmasına üzülüb. Bunun da nəticəsində sonuncunun baş məşqçiliyi müddətində top fərqi mənfidir.

 

Baş məşqçi

O

Q

H

M

T/F

X

Mirça Rednik

56

28

19

9

73-45

103

Mustafa Dənizli

22

8

8

6

28-29

32