[b]Rəqiblərimizdən gözlənilməz heç-heçə[/b]
01.02.2018 - 01:52
[b]Rəqiblərimizdən gözlənilməz heç-heçə[/b]

Futzal üzrə AÇ-2018 davam edir. Apasport.az saytının məlumatına görə, Sloveniyada baş tutan final mərhələsinin ikinci günündə 2 qarşılaşma oynanılıb.

 

C və D qruplarının hərəsində 1 oyun baş tutub.

 

İlk olaraq Portuqaliya Rumıniya ilə üz-üzə gəlib. Görüş pirineylilərin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Millimizin də yer aldığı D qrupunun ilk oyununda isə qitə birinciliyinin favoritlərindən olan İspaniya Fransanı sınağa çəkib. Qarşılaşma gözlənilmədən bərabərliklə yekunlaşıb – 4:4.

 

Qeyd edək ki, Azərbaycan yığması ilk oyununu fevralın 2-də Fransaya qarşı keçirəcək.