“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində “Monako” (Fransa) ilə görüşdən (1:1) sonra jurnalistlərə müsahibəsində apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.
- Oyunla bağlı nə deyə bilərsiniz?
- 3 xal qazanmaq istəyirdik. Ancaq üzücü qol buraxdıq və qələbəni əldən verdik.
- Qələbə qazanmaq üçün nə çatışmadı?
- Əlimizdən gələn hər şeyi etdik. Sadəcə, ani bir epizod oldu ki, top təsadüfən rəqibin ayağına dəyib tora daxil oldu.
- Bəzi epizodlarda əsəbi olduğunuz hiss edilirdi...
- Əsəbi deyildim. Bəzən oyun epizodunda aqressiv oluram, bu da normaldı.
- Sanki qoldan sonra oyununun ritmini itirdiniz...
- Elə hesab eləmirəm. Son dəqiqələrə qədər hücumlar edirdik. Ancaq “Monako” kimi komanda oyunu müdafiədən quranda, onu yarmaq çox çətin olur.
- Bu dəfə daha yaxşı oynadınız, yoxsa Monakoda?
- Hər iki oyunda qələbə qazana bilərdik. Orda ən az heç-heçə oynamalı idik, burda da qalib gələ bilərdik. Hər iki qarşılaşma pis alınmadı, ancaq 1 xal qazana bildik.
- Ot örtüyünün vəziyyəti çıxışına mane olmadı ki?
- Xeyr, meydança normal idi. Qazonu bəhanə eləmək düzgün deyil.
- “Monako”nun bəzi futbolçuları hakimin qərarlarına etiraz edirdilər. Hətta oyundan sonra baş məşqçiləri də baş hakimə iradlarını bildirdi...
- Onlar birinci dəqiqədən etiraz edirdilər. Təcrübəli komandadı, görünür, hakimi təzyiq altına salmaq istəyirdilər.
- Qrupdan çıxmaq şansınızı necə dəyərləndirirsiniz?
- Ümumiyyətlə, bu gün qələbə qazanmaq istəyirdik ki, şanslarımız daha yüksək olsun. Ancaq qismətdə bərabərlik var idi. Hər şeyi gələcək göstərəcək. Görək rəqiblərimiz necə oynayacaqlar, biz son iki oyunda hansı nəticələri qazanacağıq...
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
- Yığmamızın oyunu norveçlilərə həvalə olunub