“Neftçi” Rəşad Sadiqovu transferə çıxardı
20.03.2014 - 23:25
Hollandiyalı legioner Melvin Platyenin ardından daha bir futbolçu “Neftçi” klubunu tərk edib. Apasport.az saytının əldə etdiyi xəbərə görə, “ağ-qaralar” kapitan Rəşad Sadiqovla yollarını ayırıb.
Son turlar zəif çıxış etdiyindən əvəzedici komandaya göndərilən Sadiqov bu qərarla razılaşmayıb. Bu səbəbdən rəhbərlik onu transferə çıxarıb. Futbolçunun klubla müqaviləsi mövsümün sonunda başa çatacaq.
Xatırladaq ki, klub prezidenti Sadıq Sadıqov apasport.az saytına müsahibəsində Rəşaddan narazı qaldıqlarını gizlətməyib. O, hətta futbolçunu komandaya xəyanətdə günahlandırmışdı.
0
0