[b]Riberi dünya çempionatına aparılmayacaq[/b]
06.06.2014 - 19:29
[b]Riberi dünya çempionatına aparılmayacaq[/b]

 

Fransa millisinin lideri Frank Riberi Braziliyada keçiriləcək dünya çempionatına aparılmayacaq. Apasport.az saytının məlumatına görə, bunu yığmanın baş məşqçisi Didye Deşam yerli mətbuata açıqlamasında bildirib.

 

Riberi onurğa sütunundakı problemlərlə bağlı çempionata hazırlığın bir hissəsini buraxıb və sonra individual proqramla məşğul olub. O, Fransa millisinin keçirdiyi iki yoldaşlıq oyununu da buraxmalı olub. Riberi Deşamın Braziliyaya aparacağı yekun heyətə salınsa da, zədəsini sağalda bilməyib.