“Parisdə baş verən hadisə hamını məyus etdi. Əgər Fransa final mərhələsində təhlükəsizliyi bərpa edə bilməyəcəksə, futbol barədə düşünməyə dəyməz”. Apasport.az saytı Xorvatiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.
Fransa və Almaniya arasında keçirilmiş yoldaşlıq görüşü zamanı “Stad de Frans”ın yanında partlayışın baş verməsi hamı kimi, Prosineçkini də narahat edib.
O da Fransanın Avropa çempionatının final mərhələsində təhlükəsizliyi təmin edə bilib-bilməyəcəyinə şübhə ilə yanaşıb: “Hələ yaya qədər çox vaxt var. Amma azarkeşlərin təhlükəsizliyi önəmlidi”.
Xorvatiya yığması haqda da münasibət bildirən Prosineçki boykota qarşı olduğunu bildirib: “Kimsə mənə Xorvatiya millisini boykot etmək istədiyini bildirsə, inanmaram. Həmişə boykota qarşı olmuşam. Ancaq insanlar da ağılsız deyillər, hər şeyi görürlər, hiss edirlər və bilirlər. Baxın, görün, son illər futbolun ətrafında hansı hadisələr baş verir?”
Qeyd edək ki, Niko Kovaç istefaya göndəriləndən sonra Xorvatiya yığmasının baş məşqçisi postuna Robert Prosineçkinin gətiriləcəyi iddia edilirdi. Lakin federasiya rəhbərliyi sonda Ante Kaçiçlə anlaşaraq, milli komandanı ona həvalə etdi.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI