[b]Robert Prosineçki: Əvvəl jurnalistlərlə görüş, sonra məşq[/b]
11.10.2015 - 20:37
[b]Robert Prosineçki: Əvvəl jurnalistlərlə görüş, sonra məşq[/b]

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Bolqarıstan - Azərbaycan matçından öncə millimizin oyun proqramı məlum olub. Apasport.az saytının məlumatına görə, millimizin baş məşqçisi Robert Prosineçki jurnalistlərin qarşısına oktyabrın 12-də çıxacaq.

 

Mətbuat konfransı Sofiyadakı "Vasil Levski" stadionunda baş tutacaq və Bakı vaxtıyla saat 23:15-də başlayacaq. Bundan yarım saat sonra isə millimizin ilk 15 dəqiqəsi mətbuata açıq olan son məşqi keçiriləcək.

 

Qeyd edək ki, Bolqarıstan - Azərbaycan görüşü oktyabrın 13-də "Vasil Levski" stadionunda keçiriləcək və saat 23:45-də başlayacaq.

0