Noyabrın 17-də Moldova milli komandası ilə yoxlama matçı keçirəcək Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki bu gün jurnalistlərlə görüşərək, onların suallarını cavablandırıb. Apasport.az saytının məlumatına görə, xorvatiyalı mütəxəssis qarşıdakı oyun və yığmanın durumu barədə fikirlərini açıqlayıb.
- Komandanın hazırkı vəziyyəti necədi?
- Bir neçə zədəli oyunçumuz var. Amma mənim planımda yeni futbolçulara şans vermək var idi. Moldova ilə matçda bir neçə oyunçunu sınaqdan keçirəcəm. Elə aparıcı futbolçularımız var ki, onlar zədə səbəbindən təlim-məşq toplanışında iştirak edə bilmirlər. Bəziləri isə ümumiyyətlə çağırılmayıb. Amma onların yoxluğu bizim üçün problem yaratmayacaq. Oyuna gəlincə, yoxlama matçı olsa da, bizim üçün vacibdi. Mənim üçün yoldaşlıq görüşü deyilən bir şey yoxdu. Məqsəd yaxşı oyun göstərmək, qələbə qazanmaqdı. Bu oyunda da məhz qələbə üçün oynayacağıq.
- Əsas komanda üçün baza hesab olunan U-19 və U-21-in oyunları ilə bağlı nə deyə bilərsiz? Onların heyətində gələcəkdə millidə möhkəmlənə biləcək futbolçu görürsüzmü?
- Hər 2 komandanın son nəticələri heç kəsi razı sala bilməz. İmkan olsa, bu gün U-21-in qarşılaşmasını izləyəcəm. İndiki vəziyyətdə gələcəkdə millidə oynayacaq o qədər də futbolçu görmürəm. Amma müəyyən oyunçular var ki, onlar U-21-in heyətində çıxış edirlər, həm də əsas yığmanın üzvləridilər. Bəziləri hazırda düşərgəmizdə deyillər. Çünki bu gün Almaniya ilə vacib görüşləri var.
- Yığmanın kapitanı Rəşad Sadıqovun milli karyerasını bitirmək istəyilə bağlı özü ilə görüşəcəyinizi demişdiz. Onunla bu barədə söhbətiniz oldumu?
- Bolqarıstanla oyundan sonra Rəşadla bu barədə 3 dəfə danışmışam. İstəyirəm ki, o, yığmada qalsın, karyerasını davam etdirsin. Çünki milliyə hələ də kömək edə bilər. Amma son qərarı Rəşadın özü verməlidi.
- İspaniyanın “Eybar” klubunda çıxış edən Eddi İsrafilovun milliyə çağrılmamasının səbəbi nədi?
- Şadam ki, bizim millidə La Liqa klubunda çıxış edən futbolçu var. O, son oyunda “Xetafe”yə qarşı 90 dəqiqə meydanda olub və komandası qalib gəlib. Bu, sevindirici haldı. Amma onun klubunda möhkəmlənməsi mənim üçün daha vacibdi. “Eybar”ın baş məşqçisi bizə zəng edib xahiş etdi ki, onu bu toplanışa çağırmayım. Klubun bu gün yoldaşlıq görüşü var. Mən də qərara aldım ki, Eddi həmin matçda iştirak etsin və əsas heyətdəki yerini möhkəmlətsin.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI