"Braziliya ilə yanaşı, İspaniya, Almaniya və Argentina yığmalarını da dünya çempionatının favoritləri hesab edirəm". Apasport.az saytı xəbər verir ki, bu sözləri keçmiş futbolçu Roberto Karlos deyib.
Braziliya millisinin sabiq üzvü DÇ-2018 haqda fikirlərini bildirib.
Mundialın favoritlərini açıqlayan Karlos söhbət əsnasında yarışa ev sahibliyi edəcək Rusiyanın yığma komandası barədə də danışıb: "Argentina millisində çox güclü futbolçular toplaşsa da, onlar çoxdandı medal əldə edə bilmirlər. Belə bir periodla vaxtilə İspaniya da üzləşmişdi. Hər bir komandadan sürpriz gözləmək olar. Rusiya yığması da mundialda irəliləmək gücündədi. Niyə də bu komanda final və ya yarımfinala çıxmasın? Dünya çempionatı Rusiyada keçirilir və bu ölkənin millisi özünü yaxşı tərəfdən göstərə bilər. Rusiyada yaxşı futbolçular var. Üstəlik, doğma divarlar onlara kömək edəcək".
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI