“Sevinirəm ki, 3 xal qazandıq. Heyətdə müəyyən dəyişikliklər etmişdik. Bu rəqibdən asılı deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.
Topaz Premyer Liqasının II turunda səfərdə AZAL-ı məğlub edən (2:0) bölgə klubunun baş məşqçisi oyun haqqında fikirlərini bildirb:
“Ümumiyyətlə, mən rəqibin zəif olmasını düşünmürəm. Bildiyiniz kimi, Avropa Liqasında mübarizəni davam etdiririk. Avropada meydançaya az çıxanlara şans vermişdik. Eyni zamanda, reqlamentə görə bəzi dəyişikliklər etmişdik. Sevinirəm ki, dəyişikliklərin fonunda xal itirmədik”.