[b]Roman Qriqorçuk ilk ev qələbəsindən danışdı[/b]
19.02.2015 - 19:28
“Şərhim qısadı. Biz bu oyuna qələbə üçün çıxmışdıq”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuka məxsusdu.
Ukraynalı mütəxəssis Topaz Premyer Liqasının XXIII turu çərçivəsində doğma publika önündə Xəzər Lənkəran”a 3:1 hesabı ilə qalib gəlmələrindən danışıb: “Buna da nail olduq. Əsas məsələ 3 xal qazanıb, psixoloji durumu düzəltməli idi. Bu oyun bizim üçün çox vacib əhəmiyyət daşıyırdı”. (pfl)
0
0