[b]Roman Qriqorçuk rəqib həmkarını qabaqlayacaq[/b]
21.07.2015 - 19:50
[b]Roman Qriqorçuk rəqib həmkarını qabaqlayacaq[/b]

İyulun 23-ü UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda "Qəbələ" Serbiyanın “Çukariçki” komandasını qəbul edəcək. Apasport.az saytının məlumatına görə, “Bakcell Arena”da baş tutacaq “Qəbələ” – “Çukariçki” matçı öncəsi baş məşqçilərin mətbuat konfransı sabah - iyulun 22-i 19:30-da arenanın media zalında start götürəcək.

 

İlk olaraq jurnalistlərin önünə “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk çıxacaq. 20:30-da isə “Çukariçki”nin çalışdırıcısı Vladan Miloyeviç media nümayəndələrinin suallarını cavablandıracaq.