[b]Ronaldo “Espanyol”la oyunu buraxacaq[/b]
27.02.2018 - 16:06
[b]Ronaldo “Espanyol”la oyunu buraxacaq[/b]

İspaniya çempionatının XXVI turunda “Espanyol”la qarşılaşacaq “Real” oyuna itki ilə çıxacaq. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, “kral klubu”nun hücumçusu Kriştianu Ronaldo bu görüşü buraxacaq.

 

Belə ki, baş məşqçi Zinəddin Zidan portuqaliyalı futbolçunun adını “Espanyol”la oyunun iştirak ərizəsinə daxil etməyib. Buna səbəb Ronaldoya istirahət verilməsidi.

 

Kriştianu ilə yanaşı, Kazemiro da “Espanyol”la matça çıxmayacaq. Braziliyalı yarımmüdafiəçi mədəsində problem yarandığı üçün komandasına kömək edə bilməyəcək.

 

Qeyd edək ki, “Espanyol” – “Real” oyunu bu gün keçiriləcək.