[b]Ronaldo yoxdusa, qələbə var[/b]
22.02.2018 - 01:35
La Liqanın 16-cı turundan təxirə salınan oyunda “Leqanes” üzərində qələbə qazanan “Real” maraqlı göstəriciyə imza atıb. Apasport.az saytının məlumatına görə, matçda “kral klubu”nun portuqaliyalı ulduzu Kristiano Ronaldo iştirak etməyib.
Maraqlıdı ki, “Real” Ronaldonun meydanda olmadığı ardıcıl 18-ci oyunda da məğlub olmayıb. Bu görüşlərdə 16 qələbə qazanan Zidanın komandası 2 dəfə də bərabərliyə razılaşıb.
Qeyd edək ki, sonuncu dəfə Ronaldonun olmadığı oyunda Madrid klubu 2014-cü ildə “Real Sosyedad”a uduzub.
0
0