[b]Ronaldoya yeni təklif[/b]
08.11.2017 - 09:33
[b]Ronaldoya yeni təklif[/b]

Braziliya yığmasının sabiq futbolçusu Ronaldo “Korintians”a qayıda bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, “fenomen”in bu klubun direktoru vəzifəsinə gətirilmək variantı yaranıb.

 

Bu barədə “Korintians”ın prezident postuna namizədlərdən olan Andres Sançes məlumat verib. O bildirib ki, seçkilərdə qalib gəlsə, Ronaldoya klubun direktoru vəzifəsində çalışmağı təklif edəcək: “Mən qalib gəlsəm, Ronaldo “Korintians”ın direktorları sırasında yer alacaq. O, səlahiyyətli insandı və həmişə bu kluba yaxın olub”.

 

Qeyd edək ki, Ronaldo 2008-2011-ci illərdə “Korintians”ın formasını geyinib.