İtaliya millisinin yarımmüdafiəçisi Daniele de Rossi zədələnib. Apasport.az xəbər verir ki, A Seriyasının III turunda “Kalyar”i ilə oyunda zədələnən “Roma”nın futbolçusunun durumunun ciddi olduğu ortaya çıxıb.
Matçın 81-ci dəqiqəsində meydanı tərk edən 31 yaşlı yarımmüdafiəçinin uzun müddət yaşıl meydanlardan kənarda qalacağı bəlli olub. O, İtaliya millisinin AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan və Maltaya qarşı keçirəcəyi matçlarda da oynaya bilməyəcək.
Qeyd edək ki, İtaliya – Azərbaycan oyunu oktyabrın 10-unda Palermo şəhərindəki “Rentso Barbera” stadionunda baş tutacaq.