“Den Haq”da oynamağa hazıram”. Apasport.az Hollandiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri Bakının “İnter” klubunun sabiq futbolçusu Ruben Şaken deyib.
“İnter”dən ayrıldıqdan sonra klubsuz qalan Şaken ölkəsinin “Den Haq” komandası ilə danışıq aparır.
Tərəflərin qarşıdakı 2 gün ərzində münasibətləri rəsmiləşdirəcəyi gözlənilir.
Bununla bağlı danışan Şaken Azərbaycanda da yaxşı əlaqələrinin olduğunu qeyd edib: “Azərbaycanlılarla yaxşı əlaqəm var. Orda özümə inam qazana bilmişəm. Bu, çox gözəldi. Özümü bir futbolçu kimi, yenidən göstərmək niyyətindəyəm. Hələ ki, formadan düşməmişəm”.
Qeyd edək ki, Şaken “İnter”ə bu ilin əvvəlində “Feyenord”dan transfer edilmişdi.
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ